• Ana səhifə
  • Kateqoriyasız
  • “Futbolçumuza “15-20 gün artıq oyna” desək, bizə problem yaratmayacaq” – “Qarabağ” rəsmisi
Kateqoriyasız

“Futbolçumuza “15-20 gün artıq oyna” desək, bizə problem yaratmayacaq” – “Qarabağ” rəsmisi

“Qarabağ”ın baş meneceri Asif Əsgərov “Xəzər TV”yə müsahibəsində koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə müqaviləsi başa çatan futbolçuların durumundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi bildirib ki, bu hal tarixdə ilk dəfə baş verdiyi üçün hər hansı bir  nümunə və ya təsnifat yoxdur və hər şey fərdi qaydada həll olunur:

“İndiki halda, futbolçu “Müqaviləm bitir, mən gedirəm” deyə bilər. Müqaviləsi bitənlər də kateqoriyalara bölünürlər. Sözləşməsi yekunlaşan, amma icarədə olanlar da var, anlaşması tamamilə yekunlaşanlar da. Üçüncü hal da ola bilər ki, hər hansı futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış başqa klubun müvafiq sənədinə imza atsın.

Sırf “Qarabağ”a gəldikdə, bizim klubun, sponsorumuzun fəlsəfəsi elədir ki, futbolçular hər zaman razı ayrılıblar. Müqaviləsi davam edənlər isə indiyədək hər hansı problemlə qarşılaşmayıblar. Ona görə də düşünürük ki, hər hansı futbolçumuza “15-20 gün artıq qal, oyna” desək, bizə ən azı insanlıq cəhətdən problem yaratmayacaqlar”.

Eyni zamanda Avropa Klublar Assosiasiyasında İşçi Qrupun sədr müavini olan Əsgərov bildirib ki, yay transfer pəncərəsinin indiki halda avqust və ya sentyabrda açılacağından hər hansı futbolçu klubunu dəyişməsi ilə əlaqədar problem yaşamayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Gerye əlavə vaxtda üzüldü

admin

İlk xalımızı dünya ikincisindən qazandıq!

admin

Salyanda idmançıları daşıyan avtobus aşdı, 1 nəfər öldü

admin