İdman

Futbolçunu vuran hakimə 3 ay cəza

Fransa Peşəkar Futbol Liqası ölkə çempionatının “Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran  hakim Toni Şapronun cəzasını açıqlayıb.

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, o, 3 ay müddətinə təyinat almayacaq. T.Şapron bir də belə hərəkət edəcəyi təqdirdə, daha 3 ay müddətinə cəzalandırılacaq.

Qeyd edək ki, görüşün 90-cı dəqiqəsində Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim futbolçuya  ikinci sarı vərəqə göstərərək meydandan qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43