Kateqoriyasız

Futbolçunun kəllə vurduğu hakim danışdı: “Azərbaycan futbolundan üzr istəməlidir”

Məlum olduğu kimi, “Bakı”- “İnter “ matçında ev sahibi, komandanın futbolçusu Etto görüşün baş hakimi Rəhim Həsənova göstərdiyi qırmızı vərəqədən sonra kəllə vurub.

İdmanxeber.com-un məlumatına görə, qafqazinfoya açıqlama verən hakim Rəhim Həsənov yaşanmış hadisədən olduqca narahat olduğunu dilə gətirib: “Mənə vurulan zərbə Azərbaycan futboluna vurulan zərbə idi. Mən ilk növbədə belə legionerləri Azərbaycana gətirən klubları qınayıram. Legionerlər gələndə bilməlidirlər ki, hara gəliblər, mentalitet fərqinin olduğunu öyrənməlidirlər. “Bakı” klubu öz futbolçusu ilə danışmalı, onu mətbuat önünə çıxarıb üzr istəməyə məcbur etməlidir. O, təkcə məndən yox, Azərbaycan futbolundan üzr istəməlidir. Gör nə günə qalmışıq ki, legionerlər bura gəlib bizim çörəyimizi yeyirlər, sonra da bizi döyürlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43