19 Oktyabr 2019
Kateqoriyasız

Tanınmış azərbaycanlı jurnalist dünya kubokunun qalibi oldu

Litvanın Druskininkay şəhərində jurnalistlər arasında futbol üzrə Dünya Media Kuboku turniri keçirilib.

Mötəbər turnirdə Azərbaycan komanda şəklində təmsil olunmasa da, tanınmış həmkarımız Elnur Əşrəfoğlu yarışın iştirakçıları arasında olub. Əşrəfoğlu Moldova komandasının formasını geyinib.

10 ölkənin mübarizə apardığı dünya kubokunda meydan sahibi Litva ilə yanaşı, Almaniya, Rusiya, Misir, Latviya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan və Moldova yarışıb.

Elnur Əşrəfoğlunun çıxış etdiyi Moldova komandası dairəvi sistemlə keçirilən yarışın qalibi olub. 5 qolla məhz Elnur Əşrəfoğlunun bombaridir olduğu Moldova yığması sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Elnur Əşrəfoğlu ermənilərlə görüşdə də qələbə sevinci yaşayıb – 2:0.

Dünya kubokunun qaliblərinin mükafatlandırma mərasimində Druskininkay şəhərinin meri Riçardas Malinauskas da qatılıb. Kubok Moldova millisinin kapitanı Eduard Çiobanuya təqdim edilib.

Xatırladaq ki, Əşrəfoğlu uzun illər ölkə daxilində və xaricində keçirilən turnirlərin qalibi bombardiri olub. Son olaraq o, “Bakı” komandasının heyətində bu ilin iyulunda keçirilən “I Əkinçu Kuboku”nun qalibi və yarışın ən yaxşı bombardiri olmuşdu.

Futbolxeber.az

Oxşar xəbərlər

İki futbolçu “Mançester Yunayted”dən getdi – rəsmi

admin

“Bney Yehuda”nın baş məşqçisi “Neftçi”dən çəkinir: “Çətin olacaq”

admin

İbrahim Şehiç “Qarabağ”a qayıdır?

admin