İdman

Futzal millimiz ilk oyununa çıxır – Avropa çempionatında

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.

Avropa çempionatının əsas mərhələsi

II qrup, I tur

22:45. Azərbaycan – Kipr
Hakimlər:
 Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Yaruçevis (Polşa)
Podçetrtek İdman Sarayı, Sloveniya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43