İdman

Futzal millimizin baş məşqçisi: “Qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi”

Yığmamız AVRO-2018-in növbəti oyununda İspaniya yığmasına minimal hesabla uduzaraq qrupu ikinci sırada tamamlayıb.

 İdmanxeber.com-un məlumatına görə, oyunu şərh edən millimizin çalışdırıcısı bunları deyib: 

“Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik.

Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43