Milli komanda

Futzal millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, F qrupunda yer alan komandamız İran, İspaniya və Mərakeşə rəqib olub.

Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Medelyin, Kali və Bukaramanqada şəhərində olacaq.

Qrupların tərkibi:

A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu: Tailand, Rusiya, Kuba, Misir

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

F qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43