İdman

Futzal millimizin dünya reytinqi açıqlandı

Futzal üzrə milli komandaların yeni reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, millimizin mövqeyində dəyişiklik olmayıb. Yığmamız yenə 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvələ 1935 xala malik Braziliya başçılıq edir.

 
İlk “onluq”

1. Braziliya – 1935

2. İspaniya – 1807

3. Rusiya – 1700

4. Portuqaliya – 1696

5. Argentina – 1691

6. İran – 1654

7. İtaliya – 1552

8. Qazaxıstan – 1532

9. Ukrayna – 1482

10. Azərbaycan – 1440


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43