29 Sentyabr 2020
Kateqoriyasız

Füzuli Məmmədov: “Heç bir oyunçu baş məşqçinin qərarına etiraz etməməlidi”

Azərbaycan Premyer Liqasında II turun “Neftçi” – “Keşlə” oyunundan (0:2) sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Komandamız bu gün istədiyimiz səviyyədə oyun göstərmədi. Çox zəif, pis oynadıq. Heç belə oynamamışdıq. Rəqib bizdən daha istəkli idi. Həmin istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb analiz edəcəyik. Qarşıda Avropa Liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdı.

– Komandada hər şey qaydasındadı? Futbolçularda sanki futbol oynamaq istəyi yox idi. Krivotsyukun psixoloji durumunda problem var?
– Xeyr, heç bir problemi yoxdu. Sadəcə, çox səhvlər edir. Komandada hər şey qaydasındadı. Problemlər topla səhvlərdi. Futbolçular daha çox qaçmalıdılar. Daha çox əziyyət çəkən qalib gəlir. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq mümkün deyil.

– Qarşıdakı rəqib “Qalatasaray”dı. Sizi dəhşət bürümür?
– Xeyr, heç nə bürümür. ĞMəğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə, müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb olmalıdı. Heç bir vahimə yoxdu. “Qalatasaray”la oyunda da meydana qələbə üçün çıxacağıq.

– Yusuf Laval və Talisson daha yaxşı anlaşırdılar, nəinki sağ cinahdakılar…
– Namiq Ələsgərov bu gün istədiyimiz oyunu sərgiləmədi, bu üzdən fasilədən sonra əvəzlədim. Bizim əsas problemimiz orta sahədədi.

– “Qalatasaray”la matç hansı səbəbdən BOS-a keçirildi?
– Bunun səbəbi həm burdakı ot örtüyünün istədiyimiz səviyyədə olmaması, həm də oradakı örtüyün daha yaxşı olmasıdı. Başqa bir neçə səbəb də var.

– Düşünmürsünüz ki, bu gün taktiki planda daha çox geri qaldız?
– Xeyr, belə düşünmürəm. Futbolçular çalışırdılar verilən tapşırıqları yerinə yetirsinlər. Amma komanda şəklində bunu edə bilmirdilər.

– İkinci qolu buraxandan sonra 3 hücumçu ilə oynadınız. Amma Monroz mərkəz hücumçularının arxasında oynayırdı. Bu, sizin tapşırığınız idi?
– Bəli. Yusuf top itkisi zamanı yarımmüdafiəyə kömək edirdi.

– Hücumda böyük əzəmət ortaya qoya bilmədiz. Problem Mirabdulladadı?
– Əksinə, Mirabdulla əvvəlki matçlara nisbətən bu gün pis təsir bağışlamadı. Elə epizodlar oldu ki, kəsərli hücuma şığıdı, amma ötürmə almadı. Bir epizodda zərbəni yaxşı vura bilmədi. Mirabdullanın əzmkarlığı məni sevindirdi. Onda əvvəl əzmkarlıq görmürdüm. Qarşıda da belə oynasa, əsas heyət oyunçusu ola bilər.

– Mbodj əvəzlənərkən etiraz etdi. Onu hansısa cərimə gözləyir?
– Mbodjla indi paltardəyişmə otağında danışdıq, səhvini qəbul etdi. Heç bir futbolçu baş məşqçinin qərarına etiraz etməməlidi. Onu başa düşürəm. Hesabda geri idik, əsəbi idi. Hansısa cəriməyə ehtiyac yoxdu. Yəqin ki, bir daha belə hal olmaz. Mbodj üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Hətta meydana buraxmağa da ehtiyatlanırdım. Hazır olduğunu demişdi. 6-7 gün məşq etməmişdi, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın.

– “Sumqayıt” son vaxtlar “Neftçi” üçün solaxay rəqibdi. “Sumqayıt”ı uda bilməyən “Neftçi” “Qalatasaray”la matça hazır ola bilərmi?
– Hələ vaxtımız var. Bu oyuna qələbə üçün çıxacağıq.

– “Qalatasaray”a da uduzsaız, komandada qalacaqsız?
– Bu, bizim ilk məğlubiyyətimizdi. Bizim işimiz səhvlər üzərində işləməkdi. Hər şey rəhbərimizdən asılıdı. İstənilən qərara hazıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan Ermənistanla eyni səbətdə

admin

“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlandı

admin

“Neftçi” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

admin