25 Oktyabr 2021
Kateqoriyasız

Gəncədə Futbol Akademiyası inşa ediləcək

Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzi və Futbol Akademiyası inşa olunacaq.

Idmanxeber/az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı AFFA tender elan edib. Tender noyabrın 15-dək davam edəcək. İşlər isə 5 dekabr 2022-ci ildə bitəcək.

İş həcmində mövcud binanın sökülüb yerində yenisinin tikintisi nəzərdə tutulub. Xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycanın 2020-ci il üçün FİFA hakimləri

admin

Qeye “Qarabağ”la bu mesajla vidalaşdı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin