27 Fevral 2024
İdman

Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib

Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.

İdmanxeber.az-ın məlumatına görə, “Buta Palas”da təşkil olunan mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Gənclər və idman naziri Fərid Qayıbov 2023-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağını vurğulayıb.

Sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması start götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43