“Çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən çempionat izlədik. “Turan Tovuz” camiəsi üçün yaxşı təcrübə oldu. Gələn “futbol ili”ndə də daha güclü, rəqabətli çempionatın olmasını arzulayıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev mövsümü dəyərləndirərkən deyib. O, baş məşqçi Ayxan Abbasovun işindən və komandanın növbəti mövsüm hədəflərindən söz açıb:
Ayxan Abbasovdan məşqçi kimi razıyıq. Komanda onun rəhbərliyi altında qarşıya qoyulan məqsədə çatdı.
Biz bəlli yola çıxmışıq. İnfrastrukturumuzu qurub, inkişaf etdirə-etdirə artıq daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Gələn il artıq hədəf avrokuboklar olacaq”.