08 Sentyabr 2024
İdman

Gəncə klubu rusiyalı oyunçu ilə vidalaşdı

“Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb.

İdmanxeber.az xəbər verir ki, “sarı-göylər” rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43