Ölkə futbolu

Gəncə şəhər stadionu tarixə qovuşur – BU HƏFTƏ SÖKÜNTÜ BAŞLAYIR

Gəncə şəhər stadionunun söküntüsünə başlanılır.

İdmanxeber.az-a daxil olan məlumata görə, söküntü işlərini həyata keçirəcək olan şirkət artıq bu həftədən işlərə start verəcək. Yaxın 2-3 gün ərzində Gəncə şəhər stadionunun söküntüsünə başlanılacaq  Yeni 16 minlik arenanın tikintisinin 2025-ci ilədək istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43