Kateqoriyasız

Gəncədə iki fərqli hissə, “Neftçi”dən darmadağın

Azərbaycan I Divizionun 23-cü turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə iki oyun baş tutub.

Lider MOİK səfərdə “Neftçi-2″yə 1:4 hesabı ilə uduzub. “Sumqayıt-2” isə səfərdə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib. Bu görüşdə ilk hissədə Gəncə təmsilçisi 1-0 öndə olsa da, ikini hissədə qapısında 3 qol görüb.

“Zaqatala” – “Qarabağ-2” oyunu güclü yağışa görə təxirə salınıb.

“Kəpəz” – “Sumqayıt-2” – 1:3

Qollar: Fərid Məmmədov, 12 – Fərid Bayramov, 55 (avtoqol), Baxşəli Baxşəliyev, 76, İsmayıl Babayev, 84

“Neftçi-2” – MOİK – 4:1

Qollar: Elnur Süleymanov, 8, 11, 62, Əlibəy Məmmədli, 84 – Raul Yaqubzadə, 44 (pen.)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43