İdman

Gəncə şəhər stadionunda bayram ab-havası – FOTOLAR

“Kəpəz”in ( köhnə adı “Dinamo” Kirovabad) futbol üzrə SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanmasının (1967) 50-ci ildönümü münasibətilə bu gün Gəncə şəhər stadionunda tədbir baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, Premeyr Liqanın 14-cü turu çərçivəsində keçiriləcək “Sumqayıt” matçı öncəsi stadionda müəyyən rənglənmə işləri aparılıb, bəzi yerlər şarla bəzədilib.

Qeyd edək ki, tədbirdə “Kəpəz”in azarkeşləri hədiyyələrlə təltif olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43