Kateqoriyasız

Gəncədə 15 minlik stadion tikilir: layihənin göstəriciləri bizdə

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə yanvarın 21-də Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimi olub.

İdmanxeber.com-a verilən məlumata görə, Olimpiya parkında beynəlxalq standartlara uyğun futbol stadionu inşa ediləcəkdir. Gəncə Olimpiya Parkının ilkin layihə göstəricilərini sizə təqdim edirik.

1 Olimpiya Parkı üçün ayrılacaq ərazi 15÷17 ha

2 Əsas korpusun planda sahəsi 22000 m2

3 Stadion süni ot örtüklü nəzərdə tutulub

4 Tribunaların üstü örtüklü nəzərdə tutulub

5 Baş podratçı “Rövşən Oğuz Qrup” MMC

6 Tamaşaçı sayı 15 000 nəzərdə tutulub

İnformasiyanı “Rövşən Oğuz Qrup” MMC şirkətindən əldə etmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43