İdman

Gəncədə bərabərlik, “Qarabağ”dan qələbə – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək. 

İdmanxeber.com-un məlumatına görə, XXII turun qarşılaşmaları iki gün davam edəcək.

Günün ilk oyun günündə Gəncədə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Kəpəz” və “Keşlə” münasibətlərə aydınlıq gətirəcək.

Lider “Qarabağ” isə bu gün “Səbail”i sınağa çəkəcək. Cari mövsümdə “Səbail”lə oyunların hamısında qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu oyunun da aşkar favoritidi.

Azərbaycan Premyer Liqası

XXII tur

7 aprel (şənbə)

15:00. “Kəpəz” – “Keşlə”1:1 
Qol: 
Vaqif Cavadov, 25(0:1), Dario Federiko, 45+1 (1:1)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

17:30. “Qarabağ” – “Səbail”1:0

Qol: Almeyda, 31-pen

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43