Premyer Liqa

Gəncədə mövsümün rekordu, Bayılda fərqli mənzərə

Premyer Liqamızın 4-cü turu üçün azarkeş sayı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, turun azarkeş rekordu “Kəpəz” – AZAL oyununa təsadüf edib. Belə ki, Gəncədə baş tutan qarşılaşmanı 13200 tamaşaçı izləyib. Bu təkcə turun deyil, həm də yeni mövsümün rekordudu. 

4-cü turda ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. Burda keçirilmiş “Rəvan” – “Neftçi” matçını (1:3) cəmi 500 tamaşaçı izləyib.

Ümumilikdə isə 4-cü turun sıralama belədi:

Kəpəz – AZAL – 13200 tamaşaçı

Sumqayıt – Zirə – 1500 tamaşaçı

Qarabağ – Xəzər Lənkəran – 1200 tamaşaçı

İnter – Qəbələ – 1000 tamaşaçı

Rəvan – Neftçi – 500 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43