Ölkə futbolu

Gəncədə “Neftçi” futbolçularının narahatçılığı – yuyunmağa su olmadı!

Topaz Premyer Liqasının XIII turunda keçirilən “Kəpəz” – “Neftçi” matçı qonaqlar üçün uöurlu keçməyib.

İdmanxeber.com-un məlumatına görə, görüş zamanı “Neftçi” rəsmiləri Gəncə İcra Hakimiyyətinin göstərişi ilə tribunadan uzaqlaşdırılmışdı.

Oyun boyu işləri qaydasında getməyən “Flaqman” matçdan sonra da problemlə üzləşib. Belə ki, “Neftçi” futbolçuları soyunu-geyinmə otağında istənilən şəraitlə qarşılanmayıb. Paytaxt klubunun futbolçuları matçdan sonra yuyuna bilməyiblər. Buna səbəb stadionda isti suyun olmamasıdı. Oyunçular tərli vəziyyətdə otelə yollanıblar.

Xatırladaq ki, matç meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”ın Antalya toplanışı- VİDEO

admin

“Xəzər Lənkəran” iki futbolçusundan şad xəbər aldı

admin

“Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov Bolu toplanışını dəyərləndirib – VİDEO

admin