Ölkə futbolu

Gəncəli azarkeşlər üçün şad xəbər:”Kəpəz”dən səs salacaq transfer

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək "Kəpəz" transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi millimizin və "Neftçi"nin sabiq futbolçusu Rauf Əliyevi heyətinə qatmaq istəyir.

Təcrübəli hücumçu ilə "Kəpəz"in baş məşqçisi Şahin Diniyev şəxsən danışıb. Rauf Əliyev yaxın günlərdə "Kəpəz"lə müqvailə imzalamalıdı. 

Qeyd edək ki, Gəncə təmsilçisi "Qarabağ"dan Şəhriyar Əliyevi də heyətinə qatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43