Ölkə futbolu

Gəncəli fanatlar Tovuzda dava saldı

Gəncə şəhər stadionunun qazonu yararsız olduğundan “Kəpəz” 1-ci divizionun 2-turunda “Neftçala” komandasını Tovuzda qəbul edib.

Bu üzdən gəncəli fanatlar da əzəli rəqiblərinin stadionuna üz tutub. İki il əvvəl Zaqatalada polislər tərəfindən döyülən və qolu sındırılan Toğrul Allahverdiyev dünən Tovuzda Kəpəz fanklubunun rəhbəri Elmar Əliyev tərəfindən döyülüb. Bu baradə Tovuz stadionda olan “Xəsmə” fanklubunun üzvüləri bildirib. Çılğınlığı ilə digər fanatlardan seçilən Toğrul bu dəfə də, diqqət mərkəzində idi. Komandasının məğlubiyyətini həzm edə bilməyən Allahverdiyev hakimləri təhqir edir, yerli yersiz nəlayiq ifadələr işlətdiyini görən fanklub rəhbəri ona yaxınlaşıb sakit olmağı tələb etdi. Ancaq heç kimə tabe olmaq istəməyən fanatla Elmar bəy hətta əlbəyaxa olub. Hay-küy polislər yaxınlaşdıqdan sonra bir ara səngiyi. Toğrulun bu hərəkətinə əsəbləşən klub rəhbəri onu stadiondan kənara “razborkaya” çıxarıb, bir-iki şapalaq da çəkib və ona bildirib ki, o daha “Kəpəz” fanklubun üzvü deyil.

xemsefans.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43