22 Sentyabr 2024
Ölkə futbolu

“Gent” – “Qarabağ”: Kimdir favorit?

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” cavab oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gecə səfərdə “Gent”lə qarşılaşacaq. İlk oyunda Bakıda 1:0 hesabı qalib gələn Qurban Qurbanovun yetirmələri cavab matçında da sərfəli nəticə üçün mübarizə aparaq.

Maraqlı keçəcək oyundan öncə bukmeker konturları qarşılaşmanın favoritini açıqlayıblar. Futbol biliciləri “Gent”i bu oyunda daha şanslı görüblər. Belə ki, Belçika klubunun qələbəsinə 1,75 əmsal təyin edilib.

“Qarabağ”ın şansları isə rəqibə görə daha azdır. Ağdam təmsilçisinin qalibiyyətinə 3,1 əmsal verilib. Görüşün heç-heçəsinə isə 3,04 olaraq təxmin edilib.

“Gent” – “Qarabağ” matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43