Ölkə futbolu

George Çixradze: “Azarkeşin istəyi çox qol görməkdir”

Topaz Premyer Liqasında I dövrənin yekunu “Simurq” üçün uğurlu oldu. Zaqatala təmsilçisi doğma azarkeşləri önündə “Araz Naxçıvan”ı 4-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze qalib gəldikləri oyundan danışıb:

“Bu gün çox yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdir. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdür.  Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43