Ölkə futbolu

Georgi Nikolov “Qarabağ”ı təbrik etdi, Sxadadze düyününü çözdü

“İnter”in prezidenti Georgi Nikolov “Qarabağ” komandasını çempion olması münasibətilə təbrik edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bankirlər”in başqanı bundan əlavə komandanın baş məşqçisi Kaxaber Sxadadzenin klubdakı gələcəyi barədə fikirlərini açıqladı:

“Oyunda qeydə alınan hesaba baxmayaraq qarşılaşma hər iki komanda üçün kifayət qədər mübariz şəraitdə və ağır keçdi. Birinci hissədə qol vurmaq üçün şanslarımız oldu, lakin vəziyyətlərdən yararlana bilmədik. “Qarabağ”ı çempion olması münasibətilə təbrik edirəm və komandaya Çempionlar Liqasında uğurla çıxış etməsini arzulayıram.

Son zamanlar məşqçimiz Kaxaber Tsxadadze barədə bir sıra fikirlər səsləndirilir. Qeyd etmək istəyirəm ki, bu mütəxəssislə imzalanmış müqavilədə komanda mövsümün yekunlarına görə ilk üç yeri tutduğu zaman və ya avrokuboklarda iştirak hüququ qazandığı təqdirdə  müqavilə müddətinin avtomatik olaraq daha bir il uzadılmasını nəzərdə tutan xüsusi bənd var. Biz həmin bəndə əsasən müqavilə müddətini uzatmaq istəyirik. Biz bu mütəxəssislə bir neçə ildir uğurla əməkdaşlıq edirik və birgə işimizi davam etdirmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43