Müsahibə

Georgi Tsetsadze: “Bunu sabahkı oyunda görəcəksiniz”

Sabah Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün Gürcüstan klubunun baş məşqçisi Georgi Tsetsadzenin mətbuat konfransı keçirilib:

– Bakıya gələn futbolçuların hər hansı narahatlığı varmı?

– Xeyr. Heyətimizdəki bütün futbolçular matça tam hazırdı.

– Komandanızın oyunundan razısınızmı?

– Bəli. Komandamın oyunundan razıyam. Bundan öncə də Bakıda oyun keçirmişik. Matça tam hazırıq.

– Ötən il “Qəbələ”yə 1:5 hesabı ilə məğlub olmuşdunuz. Bu, sizi narahat edirmi?

– Keçən ilkiylə müqayisədə komandamız daha yaxşı durumdadır.

– Sabahkı oyunda hansı hesab sizi qane edəcək?

– Bunu sabahkı oyunda görəcəksiniz.

– Azərbaycanda çox vaxt “Qarabağ”la “Qəbələ” müqayisə olunur. Sizcə, bu komandalardan hansı daha güclüdür?

– Məncə, “Qarabağ” daha güclüdür.

– Komanda avrokubokda ev oyunlarını niyə Tiflisdə keçirir?

– Samtrediadakı arena standartlara cavab vermədiyindən, ev oyunlarımızı Tiflisdə keçiririk. Lakin “Dinamo-Arena”nı sırf mənim istəyimlə seçmişik.

– “Qarabağ”da hansı oyunçunu fərqləndirərdiz?

– “Qarabağ” komanda olaraq güclüdü.

– Rəqib yoxlama oyunlarında məğlub olub…

– Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Ümumiyyətlə, yoxlama oyunlarında qeydə alınan nəticə rəsmi oyunlara təsir etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43