Ölkə futbolu

“Gərginliyə səbəb tələsməyimiz idi”

“Ağır oyun oldu. Lazım olan qələbəni qazandıq. Layiqli qələbə idi. Gərginliyə gəlincə isə bu olmalıdır. Biz tələsirik və belə hallar oyunda tez-tez olurdu”.

Bu sözləri idmanxeber.com-a “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.

“Ağ-qaralar”ın aparıcı üzvü “Qarabağ”dan liderliyi geri aldıqlarına görə sevindiyini bildirib:

“Düzdü qalib gəlib liderliyi geri aldıq. “Qarabağ”ın xal itkisini gözləyirdik. Çünki “Bakı” hər komandanı məğlub edə biləcək gücdədi. Əsas olan qış yox, yay çempionu olmaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43