“Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da yarımfinal oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Meksika yığması ilə qarşılaşan Haiti seçməsi əlavə vaxtda rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Start heyətdə meydana daxil olan Gerye 100-cü dəqiqədə Mikael Kantava ilə əvəzlənib.