İdman

Gimnastımız Avropa çempionatında bürünc medal qazandı

İdmançımız Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında bürünc medala sahib olub.
 
İdmanxeber.az xəbər verir ki, gimnastımızın top ilə final çıxışı hakimlərdən 32,850 xal alıb.
 
İtaliyalı gimnast Sofia Raffaeli birinci, Bolqarıstan idmançısı Stiliana Nikolova ikinci yeri tutub.
 
Gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43