İdman

Gimnastlarımız Türkiyədə

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib. 


İdmanxeber.com-un məlumatına görə, kişi idman gimnastikası üzrə yarışlarda ölkəmizi Murad Ağarzayev və Daniel Lukas təmsil edib.


Böyüklər yaş qrupunda ilk dəfə çıxış edən gimnast Murad Ağarzayev dəstəli at üzərində finalda 4-cü, sərbəst hərəkətlərdə 5-ci, turnik üzərində 6-cı, dayaqlı tullanmada 7-ci, parallel qollar və halqalar üzərində hərəkətlərdə isə 8-ci nəticəni göstərib.


Yarışlarda iştirak edən digər təmsilçimiz Daniel Lukas dayaqlı tullanma üzrə finalda 5-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43