Ölkə futbolu

Giorgi Çixradze: “Bu gün ən azı bir xal qazanmalı idik”

Premyer Liqanın XII turu çərçivəsində "Simurq" səfərdə "Bakı" ilə qarşılaşıb. Oyun ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç sonrası keçirilən mətbuat konfransında Zaqatala təmsilçisinin baş məşqçisi Giorgi Çixradze oyun haqda fikirlərini açıqlayıb:

“Oyun maraqlı alındı. Biz gərgin mübarizənin şahidi olduq. Çoxlu vəziyyət yaratdıq. Ancaq əsasən öz səhvimiz ucbatından qol buraxdıq. Düşünürəm ki, bu gün ən azı bir xal qazanmalı idik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43