Dünya futbolu

“Gördüyüm ən yaxşı oyunçulardan biridir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi İlkay Gündoğan haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis türk əsilli almaniyalı oyunçu barədə xoş sözlər deyib:

“Gündoğan çox ağıllı və rəqabətədavamlı futbolçudur. İnanın ki, məşqçilik karyeramda gördüyüm ən yaxşı oyunçulardan biridir”.

Futbolçu 2016-cı ilin iyulundan “Mançester Siti”də çıxış edir. Onun hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

O, bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43