Dünya futbolu

Götze “Beşiktaş”a keçə bilər

“Beşiktaş” heyətini gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Barusiyya Dortmund”un ulduz oyunçusu Maryo Götzeni transfer etmək niyyətindədir. Alman mətbuatında yazılan xəbərlərə əsasən, Dortmund təmsilçisi  26 yaşındakı futbolçunu satmaq niyyətində olmasa da, icarəyə verilməsinə müsbət yanaşır. Tərəflərin yaxın günlərdə transfer barəsində görüşəcəyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43