Dünya futbolu

Götze yuvaya döndü – RƏSMİ

Almaniya millisinin futbolçusu Mario Götze “Bavariya”dan ayrılıb.

İdmanxeber.com-un “Borussiya”nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu yenidən Dortmund “Borussiya”sının şərəfini qoruyacaq.

Götze qarşılığında “sarı qaralar” əks düşərgəyə 23 milyon avro ödəyiblər.

Qeyd edək ki, təcrübəli hücumçu 2009-2013-cü illər arasında “Borussiya”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43