Dünya futbolu

“Qalatasaray”ın prezidentindən azarkeşlərə şad xəbər

Türkiyə Super Liqasının ilk turunda “Qalatasaray” səfərdə “Antalyaspor”u 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək görüşün ardından açıqlama verib. O, komandanın hədəflərinin böyük olduğunu bildirib:

“Bütün klublara uğurlar arzulayıram. Hamı üçün zədəsiz, xeyirli bir mövsüm olsun. Çempionata qələbə ilə başlamaq əladır. İstədiyimiz performansı göstərə bilməsək də, zamanla daha yaxşı olacağıq. Cümhuriyyətin 100-cü ilində çempionluğu hədəfləyirik. Yeni futbolçular da heyətə qoşulduqdan sonra azarkeşlərimizə yaxşı oyun göstərəcəyik”

Klubların transferlərin davam edəcəyini də vurğulayıb: “Hazırda bəzi əskiklərimiz var. Onların yerini doldurmağa çalışırıq. Məşqçilər heyətinin istəyi ilə transfer çalışmalarını davam etdiririk.  Gözəl günlər bizi gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43