02 Oktyabr 2020
Kateqoriyasız

Millimizin baş məşqçisi vəzifəsinə 32 namizəd – Rəsmi

AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov millimizin baş məşqçi vəzifəsinə namizədlər haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, hazırda bu vəzifəyə 32 namizədin olduğunu bildirib. E.Məmmədov hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib.

Qurum rəsmisinin sözlərinə görə, İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək bu say 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq
E.Məmmədov namizədlər arasında titullu mütəxəssislər də, hələ özünü təsdiqləməyənlərin də yer aldığını söyləyib.

Qeyd edək ki, AFFA dekabrda baş məşqçi Nikola Yurçeviçi istefaya göndərib.

 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” üçün böyük şok: “Sevilya” ilə oyunu buraxır

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Səbail”in saxlaya bilmədiyi futbolçu “Sabah”da

admin