Dünya futbolu

“Qarabağ” İrlandiyadan sərfəli nəticə ilə qayıdır- Yenilənib

Çempionlar Liqasında II təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv İrlandiyada “Dandolk” klubu ilə qarşılışıb. “Oriel Park” stadionunda keçirilən matçda hesabı təmsilçimiz açsa da, görüş heç-hçə sona çatıb – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) 1:1

Qol: Mahir Emreli,4, P.Hoban, 78 (1:1)
Baş hakim:
 Bartos Frankovski (Polşa)
Dublin, “Oriel Park” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43