02 Oktyabr 2024
Dünyadan

Gözlənilən istefa baş verdi

DÇ-2014-ü dördüncü pillədə bitirən Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, ümumi nəticədən və son oyunlarda böyükhesablı yenilgilərdən təngə gələn Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb. 

Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Yeni baş məşqçinin kim olacağı hələ ki, məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43