08 Dekabr 2022
Kateqoriyasız

“Güclü rəqiblə üz-üzə gələcəyik” – Şahruddin Məhəmmədəliyev

“Güclü rəqiblə üz-üzə gələcəyik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı qolkiper rəqibin yaxşı oyunçulara, həmçinin çılğın azarkeşlərə sahib olduğunu bildirib: “Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub. Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Mən ştatlı penalti vuran deyiləm, karyeramda ilk dəfə yerinə yetirirdim” – Bədavi Hüseynov

admin

Vüsal oynadı, komandası məğlub oldu – Video

admin

“Qarabağ” – “Partizani” oyununa nə qədər bilet satılıb?

admin