Milli komanda

“Güclü tərəfimiz komandanın çoxdandı birlikdə oynamasıdır”

Finlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın U-19 milli yığma komandası fevralın 20-də ilk yoldaşlıq matçına çıxacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, finlandiyalı həmyaşıdları ilə qarşılaşacaq yığmamızın baş məşqçisi Nikolay Adam bu oyunda qələbə qazanmağa çalışacaqlarını bildirib:

“Güclü tərəfimiz komandanın çoxdandı birlikdə oynamasıdır. 1997-ci il təvəllüdlü oyunçularımız Qranatkin turnirində yaxşı nəticə göstərdilər. Bu psixoloji cəhətdən rəqiblə müqayisədə bizə daha da üstünlük verir. Finlandiya yığması ilə ötən il Riqada keçirilən “Federation Cup” turnirində qarşılaşmışdıq və minimal hesabla (2:3) məğlub olmuşduq. Fevralın 20-də keçiriləcək revanş oyununda əsas məqsədimiz qalib gəlməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43