20 Fevral 2020
İdman

Güləşçilərimiz Romada tarix yazır – daha bir qızıl medal

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

İdmanxeber.az xəbər verir ki, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) finalda bolqarıstanlı Daniel Tixomirov Aleksandrova 2:1 hesabı ilə qalib gəlib.

Bununla da Hüseynov karyerasında 2-ci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Bu gün yunan-Roma güləşçilərindən Ülvü Qənizadə (74 kq) və Murad Bazarov (60 kq) bürünc medala sahib olublar.

 

Daha öncə Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanmışdılar.

Oxşar xəbərlər

Premyer Liqamızda 7-ci tur: Hansı oyunlar canlı yayımlanacaq?

admin

 UEFA Çexiya klubunu cəzalandırdı

admin

Finalçılar müəyyənləşir: Oyunlara necə baxaq?

admin