İdman

GÜLƏŞ: 2 idmançımız yarışla vidalaşdı

Azərbaycanın qadın güləşçiləri Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəni dayandırıb.

İdmanxeber.az-ın məluatına görə, idmançıların məğlub olduqları rəqiblər finala vəsiqə qazana bilmədiyindən onlar təsəlliverici görüşlərə qatılmaq şansını itiriblər.

Nəzərova təsnifat mərhələsində Çin Taypeyindən olan Yunq Linə, Məmmədova isə 1/4 finalda türkiyəli Eda Tekinə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43