İdman

GÜLƏŞ: Azərbaycan 3-cü qızıl medalı qazandı

Serbiyada 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı sona çatıb.

İdmanxeber.az xəbər verir ki, Belqradda keçirilən turnirin son günündə azərbaycanlı sərbəst güləşçi Osman Nurməhəmmədov final görüşünə çıxıb.

92 kq çəki mübarizə aparan Azərbaycan millisinin idmançısı həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gəlib.

Belədə, o, mundialda Azərbaycana 3-cü qızıl medalı qazandırıb. Buna qədər Həsrət Cəfərov və Əliabbas Rzazadə də ilk pillənin sahibi olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43