İdman

Güləşçimiz erməniyə qalib gəldi

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. Azərbaycan güləşçisi Teleh Məmmədov 1/8 finalda Nikolay Viçevə (Bolqarıstan) qalib gələrək (9:6) 1/4 finala vəsiqə qazanıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Ermənistan təmsilçisi Qraçya Poqosyanı məğlub edib və yarımfinala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43