İdman

Güləşçilərin maaşları ödənildi

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

İdmanxeber.com-un məlumatına görə, bunu “Report” agentliyinə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43