Müsahibə

Güloğlan Cabbarov: “Əgər Stamenkoviç meymunluq eləməsəydi…” – MÜSAHİBƏ

"Neftçi"nin sabiq rəisi, hal-hazırda Azərbaycan Kik Boksinq federasiyasının vitse-prezidenti işləyən Güloğlan Cabbarovun idmanxeber.com– saytına müsahibəsi.

– "Neftçi"dən ayrıldıqdan sonra hal-hazırda nə işnən məşğulsan?
İndi mən Kik Boksinq Federasiyasının vitse-prezidentiyəm.

– Məlum qalmaqaldan sonra istefa verdin. Ümumiyyətlə, çətin olmadı "Neftçi"dən ayrılmaq?
Açıq danışım ki, "Neftçi"nin mənə verdiyi heçnə olmayıb. Mənim "Neftçi"yə verdiyim tövhələr olub. Bunu hər kəs bilir. Kubokun finalında mənə söyüş söydülər. Mənim hərəkətim bu söyüşün qarşılığında atılan addım idi. Bəziləri bunu başqa cür yozur. "Xəzər Lənkəran"a mənim tövhəm olub. Ağabala Ramazanovu şəxsən mən vermişəm "Xəzər Lənkəran"a. Lənkəranda bizimdi, mənim orada çoxluca dostlarım var. Biz idmançıyıq. Bizim ürəyimizdə xainlik, xəbislik heç vaxt olmaz. Bir idmançı kimi həmişə "Neftçi"nin yanında olmuşam. Bugünkü gündə Lənkəranda işləyən dostlarımız, qardaşlarımız var. Adamı yandıran odur ki, bunu başqa cür yozurlar. Kimnənsə, şəxsən söhbətim ola, çağıraram üzünə deyərəm. Açığı, o kubokdan sonmra baş verənləri başqa yönə yozulacağını bilməzdim.

– Düzünü deyək, sən "kinq-boksinq"də tanınmısan. Elə düşünmürsən ki, sənin "Neftçi"yə gəlməyin səhv addım idi?
Mən "Neftçi"yə gələndə, bu komanda 3 il dalbadal çempion oldu. Avroliqada qrupa düşdü. Mənim "Neftçi"də əməyim böyük olub. Bunu istəsəniz gedib klub rəhbərindən də soruşa bilərsiniz. Klub prezidenti Sadıq Sadıqov mənə dostdur, qardaşdır. Bu bəzi məsələləri yozan adamlar özünü 5 manat üçün satanlardır. Məni istəməyənlər də var idi. "Neftçi"ni mənə bağlıyan, Sadıq müəllimlə olan dostluğum-qardaşlığımdır.

– Sən qeyd etdin ki, orada pul yeyənlər var. Sən konkret kimləri nəzərdə tutursan?
Azərbaycan futbolunda nə qədər çirkablıq var, bunların hamısını bilirəm. Qırağdan göründüyü kimi deyil. Mən pula görə, gedib, "Neftçi"də oturmamışam. Azərbaycanda 99% faiz elədir ki, nəbilim, pul qopartsınlar, futbolçu sırasınlar. Ancaq mən yalnız uğur üçün çalışan adamam. "Neftçi"də işlədioyim müddətdə də halal zəhmətimlə pul qazanırdım. Orada işləyənlər də həmçinin… Aldığım maaş da elə yüksək deyildi, ancaq bu klubu sevirəm.

– Bakıda keçirilən kubokun ssenarisi Lənkəranda yenidən təkrarlandı. Həmin oyunu izlədinmi və ümumiyyətlə, sənin bu oyunla bağlı fikirlərin nədir? Hər kəs sənin Lənkərana gələcəyini deyirdi.
Mən burada deyildim, Afrikada idim. Orada böyük turnir keçirilirdi. Turnirdə Afrika və Azərbaycan arasında yoldaşlıq görüşü keçirilirdi. Orada idmançılarımız 9:1 hesabı ilə qalib gəldilər. Mən bu oyunu Afrikadan izlədim. Xoşagəlməz şeylər idi. Mediada çox şişirdirdi bu məsələni. Hərə bir şey güdür. Kimisi pula görə, belə şeylər yazır, kimisi elə doğrunu yazır. Mən Azərbaycanda yaşayıram. Bu gün də gedərəm Lənkərana. Yenə deyirəm, orda çoxlu dostlarım var. Lənkəranda Azərbaycan torpağıdır. Orada da Azərbaycan milləti yaşayır. Futbol başqa şeydir. Media tərəfindən doldurulur ki, ay elədi, ay belədi. Günahı məndə görmək olmaz. Onlar özləri belə vəziyyəti yaratmasınlar. Meydanda da qoy güclü qazansın. İndiyənə kimi heç bir idmançı mənim haqda pis heçnə danışa bilməz. Ədalət hardadısa, məndə ordayam. Hakimlərdə gərək bu vəziyyəti yaratmasınlar.

– Kubokun finalında da hakimlik barədə çox danışıldı. Köhnə yaranı təzələmiəim, amma bir xatırlatma edim. Sən nə düşünürsən? Bu qalmaqal hakimlikdən qaynağlandı, yoxsa…
Bilirsiz necədir? Hakim cavandır. Biz bugün hakim yetişdirmək istəyiriksə, onlara dəstək olmalıyıq. Hakim kimdən çıxır? Bu millətdən çıxırda, erməni deyil ki.. Hakim də səhv eliyə bilər. Penaltilər epizodunda hakim Şasa Stamenkoviçə vaxtında sarı kart versəydi ki, "meymunluq" eləmə, sonu belə olmayacaqdı. Bura Azərbaycandır. Bura Serbiya deyil. Bizim millətin qüruru, mentaliteti var. Hakim Stamenkoviçi onda cəzalandırmalı idi. Bu hadisə bir nəfərin başında partlamalı idi. O da mənim başımda partladı.

– Və sən… (sözümü kəsir)
Hamı bilir ki, Güloğlan kimdi, kişiliyi nədir. Mən əminəm ki, bu mənə qarşı bir təxribat idi. Mən nəyə görə özümdən çıxdım? Qarşı tərəfdən mənə qarşı və "Neftçi" ailəsinə qarşı çox pis söyüş söydülər. Todorov mənim üzümə baxıb, çox pis söyüş söydü. Mən əgər orda bir təpik vurmasaydım, mənə deyəcəklərdi ki, bunun kişiliyi yoxdur. Mən o söyüşü yemərəm. Kimsə, yemək istəyirsə, yesin. Halal xoşu olsun (gülür).

– Sabiq "Neftçi"li kimi komandanın hal-hazırkı durumunu necə dəyərləndirirsən?
Açıq deyim, "Neftçi"də bəzi xoşagəlməz hallar yaşanır. Mən bunu görürəm.

– Nə kimi xoşagəlməz şeylər?
– Bunları sonra açıqlayaram. Bəzi şeylər var komandanı uçuruma aparır. Demək istəyirəm ki, bunlar yaxşı şeylər deyil.

– Güloğlan, təklif gəlsə, yenidən "Neftçi"yə qayıdarsan?
– Bu klub mənə doğmadır. 

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43