Dünya futbolu

“Günahsız olduğumu bütün dünyaya sübut etməyə çalışacam” – Daniel Alveş

“Barselona”nın sabiq futbolçusu Daniel Alveş həbsdən sabiq həyat yoldaşına məktub yazıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu təcavüzdə ittiham olunur. Bu səbəbdən də onun həyat yoldaşı Yoanna Sans ondan ayrıldığını açıqlayıb. 

Alves isə onun bu qərarından sonra Sansa məktub yazıb:

“Hörmətli Yoanna, 8 ilə yaxın aramızda sevgi və qarşılıqlı hörmət oldu. Xüsusən də son illərdə sizin yanınızda hər şey çox əla görünürdü. Sən və uşaqlarım başıma gələn ən yaxşı şey oldunuz.

Tanış olduğumuz gündən birlikdə böyümüşük. İlk dəqiqədən birlikdə həyata başladıq. Biz bu illər ərzində bir-birimizi qoruduq, həyatımızı gücləndirdik, bəzədik. İndi bu çətin zamandakı qərarınızdan təəssüflənirəm və ümid edirəm ki, həyat sizə sevginizi göstərmək üçün daha bir şans verəcək.

Mən düşmüş olduğumuz haqsız vəziyyətin yaratdığı ağrıları başa düşürəm, siz bütün bu təzyiqlərə tab gətirə bilməzsiniz. İttiham olunduğum əsaslar mənə və həyat prinsiplərimə ziddir.

Həmişə olduğum kimi yenə də mübarizəmi davam etdirəcəm. Tezliklə günahsız olduğumu bütün dünyaya, övladlarıma və valideynləriminə sübut etməyə çalışacam”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43