Dünya futbolu

“Gündə mütləq 5 dəfə namaz qılıram” – Ramil Şeydayev – Video

Bu gün “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayevin doğum günüdür.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçunun 23 yaşı tamam olur. Bu münasibətlə Samara təmsilçisinin rəsmi “Yutub” kanalı azərbaycanlı futbolçuya bir neçə sual ünvanlayıb. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

– Sonuncu dəfə kimə zəng vurmusunuz?

– Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

– “Votsap”da son mesajınız hansı olub?

– “Votsap”da son olaraq, dostlarımla “Yuventus” – “Atletiko” oyununu müzakirə etmişik. Ronaldo sadəcə möhtəşəmdir, qol maşınıdır.

– Hansı musiqiləri bəyənirsiniz?

– Axır vaxtlar musiqi dinləmirəm. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

– Futbolu seçməsəydiniz…

– Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.

– Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

– Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43