Dünyadan

Gündoğan üçün mövsüm başa çatdı

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğanın zədəsi ciddidir.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə Premyer Liqasının 16-cı turunda “Uotford”la oyunda zədələnən almaniyalı yarımmüdafiəçi uzun müddət meydana çıxa bilməyəcək.

Diz bağlarında ciddi zədə aşkarlanan  futbolçunun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi bəlli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43