Ölkə futbolu

Günün açıqlaması “Neftçi”lidən gəldi: “5 manata görə şərəfini satanlardan nə gözləyəsən?”

Premyer Liqanın 18-ci turunda "Neftçi" səfərdə AZAL-a (2:1) məğlub olub. Gərgin keçən oyunda qonaq komandanın iki futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub. 

Matç sonrası da hakimlikə bağlı təndiqlər davam edir. Bu dəfə "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov hakimlikdən gileylənib. O "facebook" səhifəsində bunları yazıb:

"Bu gün (dünən) "Neftçi"nin oyunundan sonra özümə gələ bilmirəm. Allah Xəqani Məmmədov (HK sədrini nəzərdə tutur-red.) başda olmaqla, bütün hakimlərin bəlasını versin, necə ki, onlar Azərbaycan futbolunun başındadırlar. Həmişə belə olacaq. 5 manata görə şərəfini satanlardan nə gözləyəsən ki?".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43